AMEA-nın Şəki Regional Elmi Mərkəzin akt zalında Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib
Okt 18, 2023 | 06:00

18 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzin akt zalında Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Respublikanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, f.ü.f.d.,dosent Yusif Şükürlü tədbir iştirakçılarını salamlayıb, “Müstəqilliyin Bərpası Günü” münasibətilə təbrik edib. O vurğulayıb ki, bu gün tariximizdə əlamətdar hadisələrdən biri kimi qeyd edilir. Natiq çıxışında Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və cənab Prezident İlham Əliyevin bu siyasətin davamı olaraq müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü fəaliyyətə diqqət çəkib.

“Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geo-min.ü.f.d.Hüseyn Mustafabəyli çıxışında qeyd edib ki, Azərbaycanın  dövlət müstəqilliyinin bərpası həm yaranmış tarixi şəraitin, həmdə Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olub.

“Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədən bəhs edib. O, Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi kimi Azərbaycanın müstəqilliyi dövründə elm, təhsil və mədəniyyətimizin nailiyyətlərindən danışıb.