Rəhimov Yusif Rəsul oğlu- AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Mülki Müdafiə Qərargahının rəisi, ETN akad. H.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı.

12.01.1959-cu ildə Şəki şəhərində anadan olub. 1984-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini bitirərək, Bakı şəhərində Azərneftkimyazavodtəmiri Trestinin İxtisaslaşmış Mexanizasiya İdarəsində əmək fəaliyyətinə başlayıb.

Bir il sonra doğulub boya-başa çatdığı Şəki şəhərində ixtisaslı kadrlara ehtiyac olduğunu nəzərə alaraq Şəkiyə qayıdıb və buradakı Rayonlararası Aqrarsənayetikinti Trestində mühəndis, böyük mühəndis, Texniki şöbənin rəisi və baş mühəndis vəzifələrində çalışıb. Siyasi rəhbərlik ixtisası üzrə baş leytenant rütbəsində ehtiyatda olan zabitdir.

2003-cü ildən etibarən, AMEA-nın Şəki Regional Elmi Mərkəzində kiçik elmi işçidən  “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri vəzifəsinədək əmək yolu keçib. Yeni Azərbaycan Partiyasının Şəki REM Ərazi Partiya Təşkilatının sədr müavinidir.

9 Beynəlxalq elmi konfransda iştirak edib. 10 elmi, 12 elmi-kütləvi məqalənin müəllifidir.

Əsas iş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi

Şəki şəhəri L.Abdullayev küçəsi 24

Tel: +994-55-304-04-31, +994-50-304-04-31

e-mail: yusif59@mail.ru