Abdurahmanov Elşən Vaqif oğlu 1980-cı il sentyabr ayının 25-də Şəki şəhərində anadan olmuşdur. 1997-ci ildə Şəki şəhər 7 saylı tam orta məktəbi bitirdikdən sonra BDU-nun Şəki filialına daxil olmuşdur. 2001-2002-ci illərdə hərbi xidmətdə olmuş, 2002-ci ildən Şəki şəhər Qudula kənd tam orta məktəbində “Tarix” ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 2003-2015-ci illərdə Şəki şəhər 17 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. 2005-2007-ci illərdə Sumqayıt Dövlət Universitetində magistr dərəcəsi üzrə aldığı təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2014-cü ilin oktyabr ayından etibarən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır. 2020-ci ilin oktyabr ayında AMEA ŞREM-də elmi katib vəzifəsinə təyin edilmişdir.