AMEA - nın Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti haqqında
Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasnın qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi.
Sonralar Elmi Bazada müvafiq qruplar “Geologiya”, “Genofond”, “Biokimya” və “Biofizika” qrupları yaradılmışdır.
Akademiyanın Rəyasət Heyətinin 6 aprel 1995-ci il 13/1 saylı qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verildi. Həmin qərarla Elmi Mərkəzdəki beş tədqiqat qrupu laboratoriyaya çevrildi və əlavə olaraq iki yeni - Sellərin öyrənilməsi və Folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıaraq, laboratoriyaların sayı 7-yə çatdırıldı.
2014-cü ildə Şəki Regional Elmi Mərkəzdə AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, struktur dəyişiklikləri həyata keçirilmişdir. İş şəraitimiz nəzərə alınaraq, labaratoriyalar şöbə kimi adlandırılmışdır.
Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Molekulyar biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin genofondu və biomüxtəliflik, Folklorşünaslıq və el sənətləri, Tarixi irs və etnoqrafiya şöbələri kimi təsnif edilmişdir.
Şəki Regional Elmi Mərkəzin əsas fəaliyyət istiqamətləri bunlardır:
Azərbaycan Pespublikasının Şəki-Zaqatala zonası zəngin təbii coğrafi şəraitə malikdir. Bu bölgə əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi, sənaye və kənd təsərrüfatı obyektləri, yol və kommunikasya sistemləri, tarixi, mədəni, irsi və təbii sərvətləri ilə fərqləndiyinə görə və bu bölgədə kompleks elmi-tədqiqat işləri aparılması üçün hər cür şəraitin olması nəzərə alınaraq, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilmiş, aşağıdakı problemlərin elmi araşdırılması Şəki ZEB-na və hal-hazırda AMEA-nın Şəki REM-nə həvalə olunmuşdur:
Belnəlxalq əməkdaşlıq:
Ölkədaxili əməkdaşlıq:
Nəaliyyətləri
2021-ci il AMEA Rəysət Heyətinin 10 iyun 2021 ci il tarixli 13/1 nömrəli qərarının icrası ilə əlaqədar qərarın 2.1 yarım bəndinə müvafiq olaraq Şəki REM-in 30 iyun 2021-ci il tarixli, 6 saylı Elmi Şura yığıncağında Elmi Mərkəzin fəaliyyətinin yeni vəzifələrə uyğun qurulması üçün Azərbaycan Respublikasında 2022-2030 cü illərdə “Elmin dayanıqlı inkişafı üzrə “Milli strategiya” daxil edilməsi” üçün Şəki REM tərəfindən hazırlanmış 28 bənddən ibarət təkliflər müzakirə edilmiş və AMEA Yer Elmləri Bölməsinə və AMEA Elmi təşkilat idarəsinə təqdim edilib.
2021-ci ildə Şəki REM-in əməkdaşları 19 beynəlxalq, 15 respublika əhəmiyyətli elmi konfransda itirak etmiş, 34 konfrans materialı, 6 tezis, o cümlədən 2 kitab nəşr olunmuşdur. 13-ü xarici, o cümlədən 6-sı impakt faktorlu jurnallarda olmaqla, 38 məqalə çap etdirilib.
AMEA-nın Gəncə bölməsinin “Xəbərlər məcmuəsi”, Qərbi Kaspi Universitetinin “Elmi xəbərlər”, “DİN araşdırmalar”, “Elm və Həyat” jurnallarında, “AMEA-nın xəbərləri”ndə, “Bələdiyyə” qəzetində əməkdaşlarımızın 25 məqaləsi çap edilib.
Şəki REM yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edib:
2021-ci ildə Şəki REM tərəfindən ADPU-nun Şəki filialı ilə birgə “Nizami Gəncəvi ili” ilə bağlı elmi-praktiki konfrans təşkil edilmişdir. AMEA-nın Şəki REM-nin əməkdaşları 4-ü Elmi Mərkəzin Akt zalında, 4-ü Şəki Tarix-Diyarşünaslıq muzeyində əyani şəkildə, 4-ü Zoom platforması üzərindən onlayn formatda olmaqla 12 elmi seminar keçiblər.
22.10.2021-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsininin elmi işçisi H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun dissertantı Qafqaz Məhəmmədhəsən oğlu Ağabalayev iqtisadi rayonunun kənd təsərrüfatının ərazi təşkili və optimallaşdırılması yolları” adlı mövzusunda coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.
Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri, AMEA-nın Tarix İnstitutunun dissertantı Rahim Həsənovun fəlsəfə doktoru üzrə dissertasiya işi müdafiəyə tövsiyə olunub.2022-ci il AMEA-nın Şəki REM-ində yeni prioritet 6 istiqamətdə, 8 şöbədə, 8 mövzu üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.
Şəki REM-in və ADPU-nun əməkdaşları ilə birgə 5 dərs vəsaiti və proqram hazırlanıb.
AMEA-nın Şəki REM-nin əməkdaşlarının beynəlxalq elmmetrik bazalarda şəxsi profil linkləri və statistik məlumatları hazırlanaraq AMEA Rəyasət Heyəti aparatının Elmi-Təşkilat idarəsinə təqdim edilib.
Şəki REM-in əməkdaşları 21 beynəlxalq, 1 respublika əhəmiyyətli elmi konfransda iştirak edib, 19 konfrans materialı, o cümlədən 16 tezis nəşr etdirilib.
Şəki REM əməkdaşlarının 34-ü xarici, o cümlədən 20-si İngiltərə, Fransa, Polşa, Koreya, Türkiyə, Qazaxıstan, Rusiya kimi ölkələrin beynəlxalq indeksli elmmetrik bazalarına daxil olan jurnallarda olmaqla, ümumilikdə 42 elmi məqaləsi çap olunub. 9 məqalə SCOPUS, 4 məqalə WEB OF SCİENCE indeksinə daxildir.
Türkiyənin “İktisadi Kalkınma ve Sosial Araştırmalar Enstitisünün” (İKSAD), AMEA Folklor İnstitutunun, Azərbaycan Dövlət Pedoqoji Univerisitetinin, ADPU-nun Quba, Şəki filiallarının və AMEA-nın Şəki REM-nin birgə təşkilatçılığı ilə Şəki şəhərində Bəxtiyar Vahabzadə yaradıcıllığına həsr olunmuş “IV Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası-Tarix, mədəniyyət və ədəbiyyat” adlı Beynəlxalq Elmi konfrans, “Elm günü” ilə əlaqədar ADPU-nun Şəki Filiali ilə birgə Elmi-praktiki konfrans, həmçinin, Şəki REM əməkdaşları tərəfindən Qəbələ rayonu Nic qəsəbəsində “Alban-Udi xristian icması” ilə birgə Dəyirmi masa keçirilib. “Şuşa ili” ilə əlaqədar 4, elmi-tədqiqat işləri ilə bağlı 6 seminar təşkil edilib.
Şəki REM-in “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi, AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Q.Ağabalayev fəlsəfə doktoru üzrə dissertasiya işini müdafiə edib və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13.05.2022-ci il tarixli Qərarı ilə “Coğrafiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilib.
Tarixi irs və etnoqrafiya şöbəsinin rəhbəri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Rahim Həsənovun dissertasiya işi üzrə seminarı geniş tərkibdə İnstitutun Müdafiə Şurasında 20.04.2022-ci il tarixində təşkil edilib, müdafiə üçün təqdim olunmasına dair qərar qəbul edilib.
“Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Elçin Vəliyevin dissertasiya işi üzrə ilkin müzakirəsi keçirilib.
2023-cü il Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət Proqramı” nın bəndinə uyğun olaraq AMEA Şəki REM-nin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi Reyhan Mənəfova tərəfindən “Elmi müəssisələrdə əməli yazı nümunələrinin Azərbaycan ədəbi dil normalarına və üslub xüsusiyyətlərinə uyğun tərtib və tətbiq edilməsi” mövzusunda “Təlim modulu” hazırlanmış və 31 mart 1 aprel 2023-cü il tarixlərində təlim üzrə ekspert Şəki REM-nin baş elmi işçisi, ped.e.d., professor Firədun İbrahimov və təlimçi Reyhan Mənəfovanın iştirakı ilə Şəki REM-nin elmi və texniki əməkdaşları, həmçinin ADPU-nun Şəki filialının tələbələri üçün nəzərdə tutulmuş iki günlük təlim keçirilib.
2023-cü ilin yanvar ayında Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi Zərnitac Şükürova Özbəkistan Respublikasının Daşkənd şəhərindəki İpəkçilik və Yunçuluq Sənayesinin İnkişafı Komitəsinin Qaragülçülük və Çöl Ekologiyası Elmi-Tədqiqat İnstitutunda olub, birgə elmi-texniki əməkdaşlığa dair memorandum imzalanıb.
Şəki REM-in həmin şöbənin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov aprel ayında Özbəkistan Respublikasının Daşkənd şəhərindəki İpəkçilik və Yunçuluq Sənayesinin İnkişafı Komitəsinin Qaragülçülük və Çöl Ekologiyası Elmi-Tədqiqat İnstitutunda elmi ezamiyyədə olub, təcrübə mübadiləsi aparılıb, ipəkçilikdə innovativ üsul və vasitələrin tətbiqi ilə birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub, yeni cins və hibridlərin qarşılıqlı mübadiləsi yerinə yetirilib.
23-25 aprel ayında Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və elmi işçi Zərintac Şükürova Yunanıstanın Souflu şəhərində keçirilmiş BACSA-nən (Qara, Xəzər dənizləri və Orta Asiya dövlətlərinin İpəkçilik Birliyinin) X Beynəlxalq konfransda iştirak ediblər.
AMEA-nın Şəki REM-nin İndoneziyanın Riau Universiteti ilə birgə əməkdaşlığa dair memorandum imzalanmış, birgə tədqiqatlar, seminarlar, konfranslar, qarşılıqlı layihələrin hazırlanması, akademik əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 10 oktyabr 2023-cü il tarixli 18/8 nömrəli qərarı 1.11. Elektron elmin vəziyyəti bəndinin 1.11.4. elmmetrik bazalarda fəaliyyət yarımbəndinə əsasən Şəki REM-in elmi işçilərinin elmmetrik bazalarda şəxsi profilləri yaradılıb və aktiv fəaliyyəti bərpa edilib. GOOGLE SCHOLAR elmmetrik bazasında – 9 profil, ResearchGate bazasında – 15, Academia.edu- 15, ORCID-23
Web of Science və Scopus bazalarında dərc olunmuş məqalələr-2, alınmış patentlər haqqında məlumat- Şəki REM-in “Ekoloji biofizika” şöbəsində “Təbii ipək fibroinindən üstün fizioloji fiziki-kimyəvi xüsusiyyətlərə malik biokompozitin alınması, iqtisadi və texnoloji baxımdan səmərəli plyomlkalar , təbəqələr və matrislər əldə edilməsi istiqamətində tədqiqat işləri yerinə yetirilmiş nəticələr ixtira kimi qiymətləndirilərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Patent və Əmtəə Nişanları Mərkəzi”nə patent alınması üçün müraciət edilmiş, ilkin ekspertizanın müsbət rəyi alınıb.
Ümumilikdə 4 kitab, 53 məqalə dərc olunmuş, onlardan 44 xarici, 9 yerli jurnallarda, 12 beynəlxalq xarici 1 yerli konfrans, ümumilikdə 28 tezis, onlardan 18-i xarici, 10 yerli nəşrlər olunub.
27-29 mart tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 27 mart “Elm günü” münasibətilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günləri keçirilmiş, Şəki REM-in elmi nailliyyətlərinə həsr edilmiş sərgi təşkil olunub.
27 mart Elm günü münasibətilə Şəki REM elmi işçilərindən 5 nəfər elmi fəaliyyətinə, 13 nəfər elmi-təşkilati fəaliyyətinə görə “Fəxri fərman”la təltif olunub.
26 iyul 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Ədəbi mühit, folklor və etnoqrafiya" şöbəsinin kiçik elmi işçisi, “Manera.az” ədəbiyyat və mədəniyyət saytının redaktoru Tural Adışirinov "Hədəf-15" Döş Nişanı ilə təltif edilib.
15.09.2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri , A.A. Bakıxanov adına Tarix İnstitutunun dissertantı Rahim Həsənov AMEA Tarix İnstitutunun Vətən tarixi şöbəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Xalq Cumhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
21 dekabr 2023-cü il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ED.105-Dissertasiya şurasında AMEA-nın Şəki REM-nin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d.,dos. Kamil Adışirinovun "Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər”) filologiya üzrə elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilib.
01 mart 2023-cü il tarixində AMEA-nın Şəki REM-də “1 Mart- Ümumdünya Mülki Müdafiə Gününə” həsr edilmiş tədbir keçirilmişdir.
27 mart 2023-cü il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 27 mart “Elm günü”nün qeyd olunması ilə əlaqədar tədbir keçirilib.
Bu münasibətlə Heydər Əliyev mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən Şəki REM-in elmi nailiyyətlərinə həsr olunmuş sərgi təşkil olunmuş və 28-29 mart tarixlərində “Açıq qapı günləri keçirilmişdir.
Məqsəd elmin populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində orta məktəblərin yuxarı sinif şagirdləri, orta ixtisas və ali məktəb tələbələri arasında müxtəlif elm sahələri üzrə maarifləndirmə, gənclərin müasir elmi biliklərə yiyələnməsi istiqamətində məlumatlandırmanın həyata keçirilməsi, iştirakçılara Elmi mərkəzin elmi-tədqiqat şöbələrində Şimal-qərb bölgəsi rayonlarında yerinə yetirilən elmi tədqiqat işləri, alınan ən mühüm elmi nəticələr, uğur və nailiyyətlər haqqında ətraflı məlumatlar verilməsi olmuşdur.
15 aprel 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki şəhər 4 №-li musiqi məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intibah dövrü” adlı tədbir keçirilib.
4 may 2023-cü il tarixində Zaqatala rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Zaqatala İslam Kollecinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev–ümumdünya tarixinin azərbaycanlı dahisi” adlı tədbirdə Şəki REM-in əməkdaşları məruzələrlə çıxışlar etmişlər.
10 may 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.
14 iyun 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması və 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
26 iyun 2023-cü ildə AMEA-nın prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli AMEA-nın Şəki Regional Elmi Mərkəzində olmuş, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar cari ildə AMEA-da həyata keçirilən və keçirilməsi nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verib və ümummilli lider Heydər Əliyevin elmi-nəzəri ideyalarına, ölkə rəhbəri İlham Əliyevin yeritdiyi qlobal elm siyasətinə və XXI əsrin çağırışlarına uyğun şəkildə Milli Elmlər Akademiyası sistemində aparılan islahatları diqqətə çatdırıb, “Heydər Əliyev və Şəki”, “Şəki yumoru” kitablarının nəşr edilməsinin vacibliyini qeyd edib.
25 iyun 2023-cü il tarixində Şəki REM-də “26 iyun- Silahlı Qüvvələr Günü” və müqəddəs “Qurban bayramı” münasibətilə tədbir keçirilib.
14 iyul 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda seminar keçirilib.
20 iyul 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki - ipəkçiliyin intibahı” kitabının hazırlanması üzrə işçi qrupunun yığıncağı keçirilib, müvafiq tapşırıqlar verilib.
26 iyul 2023-cü il tarixində Şəki Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və AYB-nin Şəki bölməsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib. Tədbirdə Balakən, Zaqatala və Qax rayonlarından dəvət edilmiş yazıçı və şairlər iştirak edib, məruzələr təqdim edilib.
30 avqust və 20 sentyabr 2023-cü il tarixlərində Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa təşkil edilib, müxtəlif mövzularda məruzələr dinlənilib.
18 oktyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bəxtiyar Vahabzadənin ev-muzeyində Şəki Mərkəzi Kitabxananın və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir təşkil edilib.
19 oktyabr və 31 oktyabr 2023-cü il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.
6 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı, Şəki Dövlət Regional Kollecin dəstəyi ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” və AMEA-nın Şəki Regional Elmi Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib. Şəhid ailələri ilə görüş keçirilib.
2023-cü ildə Şəki REM-də 4 kitab, 53 məqalə, 28 tezis, həmçinin xaricdə 44 məqalə, 18 tezis, Web of Science və Scopus bazalarında 2 məqalə dərc edilib.
2023-cü ildə Şəki REM-də 19-u kişi, 13-ü qadın olmaqla 32 nəfər elmi işçi, o cümlədən 1 nəfər elmlər doktoru, 9-u kişi, 1-i qadın olmaqla 10 nəfər fəlsəfə doktoru fəaliyyət göstərib.
2024-cü il AMEA-nın Şəki REM-ində yeni prioritet 6 istiqamətdə, 8 şöbədə, 8 mövzu , və 17 elmi tədqiqat işi üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.
“Heydər Əliyev və Şəkidə ipəkçilik” adlı kitab nəşr edilib.
31 yanvar 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) görkəmli ictimai-siyasi xadim Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibəti ilə “Millətlərə istiqlal, insanlara hürriyyət: Məhəmməd Əmin Rəsulzadə fenomeninin əsas qayəsi kimi” adlı dəyirmi masa keçirilib.
21 fevral 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” və "Azərbaycan dili və Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti” mövzularında seminar keçirilib.
28 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində 27 Mart - “Elm Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
04 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının və Şəki şəhər Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4249 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə" adlı elmi seminar keçirilib.
24 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 1/2 nömrəli qərarının icrası ilə əlaqədar “Naxçıvan və Şəki Teatrı”: ədəbi-mədəni əlaqələr kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
01 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və "Yuxar Baş" Milli Tarix Memarlıq Qoruğunun təşkilatçılığı ilə tarixi şəxsiyyət Bəhram bəy Nəbibəyovun 140 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
22 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı "Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi" mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 09 yanvar 2024-cü il tarixli qərarının icrası və 28 May Respublika Günü ilə bağlı 27 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində seminar təşkil edilib.
30 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və "Yuxarı Baş" MTMQ-nun birgə təşkilatçılığı ilə qoruğun inzibati binasında görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
06 iyun 2024-cü il tarixində AMEA-nın Şəki REM-nin təşkilatçılığı ilə Milli Qəhrəman Çingiz Mustafayev adına kino klubda görkəmli siyasi xadim Nazim Hacıyevin 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
25 iyun 2024-cü il tarixində 26 İyun Silahlı Qüvvələr Günü və Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı AMEA-nın Şəki REM-də “Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər” mövzusunda tədbir təşkil edilib.
26 sentyabr 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzində “Məhəmməd Əmin Rəsulzadə - mühacirətdə bitən ömür” adlı dəyirmi masa keçirilib.
11 oktyabr 2024-cü il tarixində Şəki REM-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı "Naxçıvan və Şəki-Zaqatala landşaftları-oxşar və fərqli cəhətlər" mövzusunda elmi-praktik konfrans təşkil edilib.
04 noyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Vaqif İbrahim adına şəhər Folklor Evinin təşkilatçılığı, Şəki Şəhər MKS-nin i.S.Nakan adına Mərkəzi Kitabxanasının dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı"elan edilməsi ilə bağlı" Sərəncamından irəli gələn "Şuşa mədəni irsinin görünməyən tərəfləri" mövzusunda dəyirmi masa keçirilib.
12 dekabr 2024-cü il tarixində Zaqatala Tarix-Mədəniyyət Qoruğunda “İqlimin abidələrə təsiri və abidələrin mühafizə edilməsi” mövzusunda təşkil edilmiş dəyirmi masada Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov və böyül elmi işçi, t.ü.f.d. Akif Məmmədli iştirak ediblər.
15-16 fevral 2024-cü il tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" şirkəti tərəfindən keçirilən "Scopus" və "ScienceDirect" elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları" mövzusunda iki günlük vebinarda iştiraka və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elan etdiyi “Elmmetrik bazalar üzrə mütəxəssis hazırlığı-2024” Proqramının seçim prosesində SCOPUS Academy - 4 modul mərhələsindən uğurla keçən 3 əməkdaşımız Vəfa Atayeva, Ayşən Salmanova və Aygün İsmayılovaya sertifikatlar təqdim edilib.
27 may 2024-cü il tarixində AMEA-nın Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova Bakı şəhəri Xəzər Universitetində respublikanın müxtəlif məktəblərinin ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinə “Azərbaycan ədəbi dilinin üslubları” mövzusunda təlim keçib.
Şəki REM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri bio.ü.f.d Qüdrət Bəkirov tərəfindən Özbəkistan Respublikasından Beqmatova Toira Muxtaroviçin fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim edilmiş “Tut ipəkqurdunun Bombyx mori L. Nüvə poiodrozuna qarşı kənd təsərrüfatı və profilaktiki tədbirlərin elmi əsaslandırılması” adlı dissertasiya işinin avtoreferatına rəy verib.
Şəki REM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri bio.ü.f.d Qüdrət Bəkirov tərəfindən Özbəkistan Respublikasından A.T.Raxmanovun fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim edilmiş “Tut ipəkqurdunun barama sarımasında baş verən patologiyalar və profilaktika məqsədi ilə yeni kompleks prparatın təsir mexanizminin elmi əsaslandırılması” adlı dissertasiya işinin avtoreferatına rəy verilib.
Şəki REM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri bio.ü.f.d Qüdrət Bəkirov tərəfindən Özbəkistan Respublikasından Oserbayeva Sarbinaz Rustamovnanın fəlsəfə doktoru elmi dərəcəsi üçün təqdim edilmiş “Tut ipəkqurdunun qarşılıqlı hibridlərinə Qaraqalpakstan Respublikası şəraitində ekstermal ekoloji faktorların təsiri” adlı dissertasiya işinin avtoreferatına rəy verilib.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 11 iyun 2024-cü il tarixli 16/2 nömrəli qərarı 1.11. Elektron elmin vəziyyəti bəndinin 1.11.4. elmmetrik bazalarda fəaliyyət yarımbəndinə əsasən Şəki REM-in elmi işçilərinin elmmetrik bazalarda şəxsi profilləri yaradılmış və aktiv fəaliyyəti bərpa edilib.
2024-cü ildə əməkdaşlarımızın Google Scholar elmmetrik bazasında 32 profil, Web of Science elmmetrik bazasında 6 profil, Scopus elmmetrik bazasında 7 profil mövcuddur.
2024-cü ildə Şəki REM tərəfindən 1 patent alınmış, həmçinin 9 kitab, 2 monoqrafiya, 34 məqalə, 34 konfrans materialı, o cümlədən xaricdə 19 məqalə, 3 konfrans materialı, 5 Web of Science və Scopus bazalarında məqalə dərc edilib, əməkdaşların əsərlərinə olan istinadların sayı 191 olub.
Şəki REM tərəfindən 4 elmi-praktik konfrans, 5 seminar, 3 yubiley tədbiri təşkil edilib.
16 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi İradə Yusifova Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mixail Şoloxov yaradıcılığı və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya işini müdafiə edib.
AMEA-nın Şəki REM-nin “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Zərintac Şükürova AR Elm və Təhsil Nazirliyinin 24.06.2024-cü il Zoologiya İnstitutunun dissertasiya şurasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.
15 may 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Aynur Mustafayeva AMEA-nın loqotipinin hazırlanması müsabiqədə iştirak edərək Fəxri Fərmanla təltif olunub.
2024-cü ildə Şəki REM-in kadr potensialı 20-i kişi, 12-si qadın olmaqla 32 nəfər elmi işçi, həmçinin 2 nəfər, elmlər doktoru, 1-I qadın, 9-u kişi olmaqla 10 nəfər fəlsəfə doktoru fəaliyyət göstərib.
Əməkdaşlarımızın GOOGLE SCHOLAR elmmetrik bazasında fəaliyyətinin statistik göstəriciləri 32- İşlək profillərin sayı 29, sənədləri sayı 34, istinadların sayı 106.
2025-ci il AMEA-nın Şəki REM-ində yeni prioritet 6 istiqamət üzrə 9 şöbədə, 11 mövzu və 19 elmi tədqiqat işi üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
10 aprel 2025-ci il tarixində “TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü arasında yaşıl enerjinin və CO2 emissiyasının azaldılması yollarının müəyyənləşdirilməsi, gələcək perspektivlər və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.
30 aprel 2025-ci il tarixində Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Biznes və İnnovasiyalar üzrə Milli Mərkəzi, Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsi Aqrotexnologiyası Elmi-Tədqiqat İnstitutu, Akademik M.Miqzaueç adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Bostan Bitkiləri və Kartofçuluq Elmi-Tədqiqat İnstitututları ilə Şəki REM arasında elmi əməkdaşlıq üzrə danışıqların aparılıb və memorandum imzalanıb.
Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü tərəfindən Özbəkistan Respublikasından Nigora Sadritdinovna Soxibovanın “İntensiv tut plantasiyalarının yaradılması üçün müxtəlif optimal sxemlərin yarpaq və ipəyin məhsuldarlığına təsiri” adlı mövzusunda 06.02.04 – Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin avtoreferatına rəy verilib.
Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü və Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri bio.ü.f.d Qüdrət Bəkirov tərəfindən Özbəkistan Respublikasından Batirova Əzizə Neqmuratovnanın “İsti iqlim şəaraitinə davamlı ipəkqurdu xətlərinin və hibridlərinin yaradılmasının damazlıq və texnoloji əsasları” mövzusunda 06.02.04 – Kənd təsərrüfatı elmləri doktoru dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin avtoreferatına rəy verilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları-şöbə müdiri, t.ü.f.d. Rahim Həsənov və elmi işçi Elçin Vəliyev 24-27 sentyabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin Karabük şəhərində yerləşən Karabük Universitetinin və Atatürk Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "29. Ortaçağ ve türk dönemi kazıları ve sanat tarihi araşdırmaları sempozyumu"nda iştirak ediblər.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, bio.ü.f.d.,dos. Qüdürət Bəkirov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Daşkənd Dövlət Aqrar Universitetinin 95 illik yubileyinə həsr olunmuş" konfransda "Выбор пород и линий при создании гибридных комбинаций в шелководстве" adlı məruzə ilə çıxış edib.
06 mart 2025-ci il tarixində Şəki REM - də Azərbaycanın dahi bəstəkarı, milli opera sənətimizin banisi “Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.
08 aprel 2025-ci il il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində “Elm günü”nə və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş hesabat xarakterli elmi-praktik konfrans keçirilib.
18 aprel 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin MKS-nin İ.Nakam adına Mərkəzi Kitabxanasında “Üzeyir Hacıbəylinin musiqi dünyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
06 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Balakən Rayon Mədəniyyət Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun və Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun anadan olmasının 85 illiyi münasibətilə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
08 may 2025-ci il tarixində Şəki REM-də müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil dövlətimizin Kostitusiyasının müəllifi, suverenliyimizin təminatçısı, Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü ilə bağlı elmi seminar keçirilib.
14 may 2025-ci il tarixində AMEA-nın Şəki REM - in və Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın müstəqilliyi Şimal-qərb bölgəsinin ekoloji problemlərinin həllində dönüş nöqtəsi kimi” mövzusunda elmi seminar keçirilib.
27 may 2025-ci il tarixində Şəki REM - də Şəki şəhər İcra Hakimiyyəti və Şəki REM - in birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili: mədəni dəyərlər və milli birlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
28 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Şəki şəhər Təşkilatının və Şəki REM -in təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “8 ay – Milli qürur və birlik günü” adlı elmi seminar keçirilib.
10 iyun 2025-ci il tarixində Şəki REM – də dahi istiqlalçı şair, publisist və dramaturq “Bəxtiyar Vahabzadə və Şəki ədəbi mühiti : təsirlər, tövsiyələr mövzusunda elmi seminar keçirilib.
11 iyun 2025-ci il tarixində Şəki REM - də dahi bəstəkar “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.
25 iyun 2025-ci il tarixində Şəki REM-in Gənc alim və mütəxəssislər şurasının və Balakən rayon MKS - nin şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə klassik poeziyamızın qüdrətli nümayəndəsi, qəzəl ustadı və maarifçi “Seyid Əzim Şirvaninin yaradıcılığında klassik Şərq ənənələri” mövzusunda elmi-praktik konfrans keçirilib.
25 iyun 2025-ci il tarixində Şəki REM-də “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir təşkil olunub.
17 iyul 2025-ci il tarixində Şəki REM-də "Konstitusiya və Suverenlik ili: hüquqi dəyərlərimiz" mövzusunda elmi-praktiki konfrans keçirilib.
21 iyul 2025-ci il tarixində Şəki REM-də Qəbələdə "Şimal-qərbi Azərbaycanın mənəvi irsi, mədəni tarixi abidələri" mövzusunda seminar keçirilib.
22 iyul 2025-ci il tarixində Şəki REM-də "Əkinçi" ilə başlayan milli mətbuat tariximiz" mövzusunda elmi seminar təşkil olunub.
25 avqust 2025-ci il tarixində Şəki REM-də "İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya problemləri" mövzusunda dəyirmi masa keçirilib.
09 sentyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki REM-də "Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır" mövzusunda tədbir keçirilib.
19 sentyabr 2025-ci il tarixində Şəki REM-də dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti" mövzusunda elmi seminar təşkil olunub.
19 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "20 Sentyabr Dövlət Suverenliyi Günü" ilə əlaqədar dəyirmi masa keçirilib.
24 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş "Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
26 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 27 Sentyabr Anım Günü ilə bağlı tədbir həyata keçirilib.
02 oktyabr 2025-ci il tarixində Oğuz rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanasının dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
09 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı, Narınqala folklor evinin dəstəyi ilə Bəxtiyar Vahabzadənin Ev muzeyində Xalq şairinin xatirəsinə həsr edilmiş "Bəxtiyar Vahabzadənin ictimai-siyasi görüşləri" adlı seminar keçirilib.
09 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin Ev muzeyində görkəmli bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Musiqimizin memarı" adlı ədəbi-bədii gecə təşkil olunub.
14 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Zaqatala İslam Kollecinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi çərçivəsində "Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük ideologiyası və milli dəyərlərin ahəngi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
17 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Balakən rayon MKS-in şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadəyə həsr edilmiş "Şərqdə yeni düşüncənin səsi: Mirzə Fətəli Axundzadə fəlsəfəsi" adlı dəyirmi masa keçirilib.
17 oktyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə bayram tədbiri keçirilib.
06 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “8 Noyabr – Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib.
12 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “12 Noyabr- Konstitusiya Günü” münasibətilə tədbir keçirilib.
17 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Milli Dirçəliş Günü münasibətilə tədbir təşkil olunub.
28 noyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.
“Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin 20 oktyabr 2025-ci il tarixli 18/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda Şəki REM-də icrası nəzərdə tutulan “Fətəli xab Xoyskinin ictimai-siyasi, ədəbi-bədii və maarifçilik görüşləri” mövzusunda 05 dekabr 2025-ci il tarixində Şəki REM-də elmi seminar təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin 26 noyabr 2025-ci il tarixli 21/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nda Şəki REM-də icrası nəzərdə tutulan “Şəki şəhəri və çevrəsinin toponimik xüsusiyyətləri” mövzusunda 16 dekabr 2025-ci il tarixində elmi seminar keçirilib.
Şəki REM-nin veb-saytlarının fəaliyyəti;
AMEA-nın Şəki REM-nin https://shrem.az/ linkli veb-saytı aktivdir. 2025-ci ildə 284 məlumat yerləşdirilmiş, ziyərətçilərin şəxslərin sayı isə 189, ziyarətçi ölkələrin sayı 7 olmuşdur.
Sosial şəbəkələrdə fəaliyyət:
2025-ci ildə AMEA-nın Şəki REM-nin “Youtube”, “Facebook”, “İnstagram” sosial şəbəkələrində fəliyyəti öz əksini tapmışdır.
GOOGLE SCHOLAR elmmetrik bazasında işlək profillərin sayı 28, sənədlərin sayı 8, WOS elmmetrik bazasında 7 profil və 4 sənəd, Scopus elmmetrik bazasında 7 profil və 5 sənəd, ORCİD-də 34 İD və 29 sənəd mövcuddur.
22 nəfəri kişi, 12 nəfəri qadın olmaqla 34 nəfər elmi işçi həmçinin 2 nəfər elmlər doktoru, 2-si qadın olmaqla 14 nəfər fəlsəfə doktoru fəaliyyəti göstərir.
2025-ci ildə Şəki REM-də 4 kitab, 24 məqalə, 30 tezis, o cümlədən xaricdə 11 məqalə, 12 tezis, Web of Science və Scopus bazalarında 5 məqalə dərc edilmiş, işçilərin əsərlərinə istinad sayı 5 olmuşdur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 05 noyabr 2025-ci il tarixli Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncamına görə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Şükürlü Yusif Hacıbala oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2025-ci ildə Veb domen Azərbaycan və ingilis dillərində 268, Facebook 268 xəbər, Instagram 65 Youtube 8 videoçarx paylaşılıb.
2026-cı il 44 nəfəri qadın, 51 nəfəri kişi olmaqla 95 nəfər işləyir. Mərkəzdə 2 nəfər elmlər doktoru, 2 nəfəri qadın olmaqla 13 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir.