Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlünün elmi məqaləsi çap edilib
Okt 17, 2023 | 02:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü və həmmüəlifi professor Tokay Hüseynovla birgə  “Increased Morbidity and Its Possible Link to Impaired Selenium Status” mövzusunda məqaləsi Web of Science Beynəlxalq elmmetrik bazaya daxil olan İngiltərənin “Selenium and Human Health” kitabında çap edilib.

Məqalədə selen proteinləri və onların kükürd analoqlarının kimyəvi xüsusiyyətlərində əsas fərqləri üzrə sonuncu məlumatlar, Selen zülalları və onların funksiyaları, yığılması, Se və hemoqlobin arasında əlaqə, gerontologiyada Selenium, Selenium və yod çatışmazlığı şərtləri, Se və immunitet, nitrit zəhərlənməsində antioksidant kimi Selenium məsələləri tədqiq olunub. Həmçinin təbii ipək fibroini, onun insan sağlamlığı üçün vacib amillərdən olması, tut ipəkqurdunun yeməyinə selen qarışıq qeyri-üzvi maddələrin əlavə olunduğu təqdirdə, selen atomlarının fibroin mikromolekullarında əlavə kükürd zəncirləri yaratması haqqında elmi araşdırmaların nəticələri öz əksini tapıb.

 

Ətraflı məlumat: https://www.intechopen.com/chapters/86925