Şin çayından güclü sel keçib
Okt 05, 2026 | 12:00
Okt 05, 2026 | 12:00
Oktyabr ayının 3-də Şin çayından güclü sel keçib. Bu barədə Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev məlumat verib.
Məlumata görə, selin yaranmasına güclü yağışlar səbəb olub. Çay yatağı boyunca hərəkət edən selin eni təxminən 60–70 metr, hündürlüyü isə 6–7 metr təşkil edib.
Selin eni və hündürlüyü Ekoloji coğrafiya şöbəsinin əməkdaşları tərəfindən əvvəllər çay yatağı boyunca quraşdırılmış xüsusi nişanlar əsasında müəyyənləşdirilib.
Güclü sel çay yatağının nisbətən mərkəzi hissəsində 2,5 metr, sahil hissəsində isə 0,90 metr dərinləşməyə, həmçinin sahilboyu yan eroziyaya səbəb olub.
Sel sularının bəzi sahil hissələrinə güclü çırpılması nəticəsində həmin ərazilərdə 7–8 metrə qədər yuyulma və dağılma müşahidə olunub.








