Tarixə və doğma diyara sevgi ilə - bloqerlər Balakəndə olublar
Avg 12, 2026 | 04:00
12 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm və tarix sahəsində fəaliyyət göstərən bloqerlərdən ibarət böyük qrup AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin Balakən qrupunun əməkdaşı, t.ü.f.d. Akif Məmmədlinin muzeyinin qonağı olub.
Səfər çərçivəsində Akif Məmmədli qonaqlara Mərkəzin şimal-qərb bölgəsi üzrə elmi fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib, həmçinin muzeydə qorunub saxlanılan tarixi-mədəni irs nümunələri ilə tanış edib. Daha sonra o, Şəki Regional Elmi Mərkəzin nəşri olan kitabları qonaqlara hədiyyə edib.
Səfərin əsas məqsədlərindən biri Azərbaycanın bölgələrindəki zəngin tarixi-mədəni irsin daha geniş auditoriyaya tanıdılması və turizm imkanlarının təbliğidir. Bu baxımdan keçirilən görüş həm elmi irsin, həm də doğma torpağa bağlılığın təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.