AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Azərbaycanın nağıl, əfsanə və rəvayətləri (Şəki və ətraf kəndləri)” adlı II tərtib kitabı nəşr olunub
Avg 14, 2026 | 03:00
Avg 14, 2026 | 03:00
Kitabda Şəki və ətraf kəndlərdə yaşlı nəslin nümayəndələrindən toplanmış 109 əfsanə, rəvayət və nağıl, həmçinin 40 uşaq nağılı təqdim edilir.
Kitabın redaktoru professor Ramazan Qafarlı, rəyçiləri filologiya elmləri doktoru, dosent Kamil Adışirinov və filologiya üzrə fəlsəfə doktoru İradə Yusifovadır.
Nəşr Şəki bölgəsinin zəngin folklor irsinin toplanması, qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.








