AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının yeni məqaləsi dərc olunub
Avg 17, 2026 | 06:00
Avg 17, 2026 | 06:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları - şöbə müdiri, coğ.ü.f.d Qafqaz Ağabalayev və Elvin Qarayevin digər həmmüəlliflə birgə hazırladıqları “2018–2023-cü illərdə otellər və mehmanxana tipli yerləşdirmə müəssisələrinin fəaliyyət göstəricilərinin statistik təhlili və turizm sektoruna təsiri (Balakən rayonu nümunəsində)” adlı tezis Türkiyənin Düzce Universitetində keçirilmiş “Akçakoca turizm və iqtisadiyyat Simpoziumu"nun materialları jurnalında dərc olunub.
Həmkarlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.








