Şəki Regional Elmi Mərkəzin əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər
Avg 28, 2026 | 07:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları 21–25 avqust 2026-cı il tarixlərində Monteneqroda keçirilmiş "International European Science Congress 2026" beynəlxalq elmi konfransına onlayn formatda qatılıblar.
Şöbənin elmi işçisi Aygün İsmayılova “Spatial organization of tourism routes in Gakh district and their role in sustainable tourism development”, kiçik elmi işçisi Elvin Rüstəmov isə “The impact of ecotourism on socio-economic development and its development prospects in the Shaki-Zagatala economic region” mövzusunda məruzələrlə çıxış ediblər.
Həmkarlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.