İki coğrafiyanı birləşdirən Şəki ipəyi – Özbəkistanla əməkdaşlıq davam edir
Sen 01, 2026 | 02:26
Şəki ilə Özbəkistan arasında əsrlərin dərinliyinə gedib çıxan ipəkçilik əlaqələri bu gün elmi əməkdaşlıq müstəvisində davam etdirilir.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Qüdürət Bəkirov ARB televiziyasına müsahibəsində Şəki–Özbəkistan əməkdaşlığının ipəkçilik sahəsindəki əhəmiyyətindən danışıb.
Bildirib ki, Şəki REM-də regionun iqlim şəraitinə daha adaptiv və dözümlü ipəkqurdu cinslərinin yaradılması istiqamətində mütəmadi tədqiqatlar aparılır. Bu məqsədlə Özbəkistandan gətirilən cinslərlə Azərbaycanda rayonlaşdırılmış cinslər arasında hibrid kombinasiyalar qurulur.
Əsas məqsəd isə yerli iqlim şəraitinə daha yaxşı uyğunlaşan, xəstəliklərə və əlverişsiz mühit amillərinə daha davamlı fərdlərin əldə edilməsidir.
Beləliklə, tarixən İpək yolu üzərində bir-birinə bağlanan Şəki və Özbəkistan bu gün həmin əlaqələri elm, təcrübə və ipəkçilik sahəsində əməkdaşlıqla davam etdirir.