Şəki Regional Elmi Mərkəzi əməkdaşlarının müştərək məqaləsi SCOPUS indeksli jurnalda dərc edilib
Sen 11, 2026 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzi əməkdaşları - e.i.ü. direktor müavini Vəfa Atayeva, elmi katib Ayşən Salmanova, şöbə rəhbəri İlqar İsmayılov və elmi işçi Xəyal Vəlibəyovun həmmüəllif olduqları məqalə SCOPUS, Web of Science və s. indeksli jurnalda dərc edilib.
Tədqiqat işində adətən kənd təsərrüfatı tullantısı kimi qiymətləndirilən Smilax excelsa L. bitkisinin payız yarpaqlarından antosianinlərlə zəngin bioekstraktların alınma imkanları araşdırılıb.
Əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.