Zaqatalada Məhəmməd Şabanoğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib
İyl 16, 2026 | 10:36
İyl 16, 2026 | 10:36
16 iyul 2026-cı il tarixində Zaqatalada AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, t.ü.f.d. Akif Məmmədlinin təşəbbüsü, şair Nüsrət Musanın təşkilatçılığı və bölgə yazarlarının iştirakı ilə jurnalist, ərəbşünas Məhəmməd Şabanoğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Tədbirdə Məhəmməd Şabanoğlunun zəngin yaradıcılıq irsi, jurnalistika və ərəbşünaslıq sahəsindəki xidmətləri barədə fikir mübadiləsi aparılıb, onun xatirəsi ehtiramla yad edilib və irsinin gələcək tədqiqi istiqamətləri müzakirə olunub.
Tədbirdə çıxış edən Akif Məmmədli Şəki Regional Elmi Mərkəzinin direktoru, fil.e.d., dosent Kamil Adışirinovun Məhəmməd Şabanoğlunun yaradıcılığının elmi baxımdan araşdırılması, irsinin sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə bağlı təklif və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlar zamanı bölgə yazarları Şəki Regional Elmi Mərkəzinin rəhbərliyinin ədəbiyyata göstərdiyi qayğını və Məhəmməd Şabanoğlunun irsinin öyrənilməsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.








