Balakən rayonunda tədqiqatlar davam etdirilir
İyl 14, 2026 | 04:40
13 iyul 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları, t.ü.f.d. Akif Məmmədli və f.ü.f.d. Ələddin Sultanov Balakən rayonunda elmi ekspedisiya tədqiqatlarını davam etdiriblər. Ekspedisiya çərçivəsində bölgədə mövcud olan epiqrafik abidələr araşdırılıb, epitolyar yazışmalar və əlyazma nümunələri ilə bağlı elmi tədqiqatlar aparılıb.
Qeyd edək ki, tədqiqatların aparılmasında əsas məqsəd bölgənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, yazılı mənbələrin toplanması və elmi dövriyyəyə cəlb edilməsidir.