Şəki Regional Elmi Mərkəzin əməkdaşları Balakəndə elmi ekspedisiyada olublar
İyl 13, 2026 | 04:37
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları – t.ü.f.d. Akif Məmmədli və f.ü.f.d. Ələddin Sultanov Balakən rayonunda elmi ekspedisiyada olublar.
Ekspedisiya zamanı rayonun tarixi məbədləri və ziyarətgahlarında tədqiqatlar aparılıb, memarlıq və epiqrafik abidələr yerində araşdırılıb. Daş kitabələr üzərindəki yazıların oxunaraq elmi dövriyyəyə qazandırılması istiqamətində ilkin araşdırmalar aparılıb.
Ekspedisiyanın növbəti mərhələsində Balakən rayonunun digər tarixi, dini abidələrində də tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.