Zaqatalanın Mamrux və Çobankol kəndlərində folklor ekspedisiyası keçirilib
İyl 02, 2026 | 01:00
30.06.2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin əməkdaşları - şöbə müdiri, fil.ü.f.d. İradə Yusifova, elmi işçi Tural Adışirinov və mərkəzin əməkdaşı Şahmar Babayev Zaqatala rayonunun Mamrux və Çobankol kəndlərində folklor ekspedisiyasında olublar.
Ekspedisiya iştirakçıları əvvəlcə Mamrux kənd tam orta məktəbin direktoru Vəsilə Hacıyeva, tarix müəllimi Sakit Həsənov, ibtidai sinif müəllimi Güləndar Davudova və təsviri incəsənət müəllimi Əhməd Davudovla görüşərək bölgənin folklor irsi ilə bağlı söhbətlər aparıb, müxtəlif folklor nümunələri toplayıblar.
Daha sonra ekspedisiya üzvləri Çobankol kəndində kənd üzrə icra nümayəndəsi Tacəddin Cumayev və onun müavini Murad Nurullayevin iştirakı və dəstəyi ilə kəndin ağsaqqal sakinləri Şakir İbrahimov və Münasib Abdullayevlə görüşüblər. Görüş zamanı bölgənin tarixi, mədəni irsi və ədəbi mühiti ətrafında geniş fikir mübadiləsi aparılıb, yerli folklor, adət-ənənələr və mədəni yaddaşın qorunması məsələləri müzakirə olunub