Tokio Universitetinin analizləri təsdiqləyib: Şəki xan sarayının tarixi yenidən yazılır
İyn 29, 2026 | 05:00

shrem.az science.az-a istinadən xəbər verir ki, Şəki xan sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək düşünüldüyündən xeyli qədim olduğu elmi cəhətdən təsdiqlənib.

2023–2025-ci illərdə Şəki Xan sarayı ərazisində həyata keçirilən arxeoloji tədqiqatlarda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları da icazə əsasında könüllü qismində təcrübə qazanmaq məqsədilə iştirak ediblər. Onların bu prosesdə iştirakı peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə töhfə verib.