Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının məqaləsi Özbəkistanda nəşr olunub
İyn 19, 2026 | 10:00
İyn 19, 2026 | 10:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev və şöbənin əməkdaşı Elvin Qarayevin həmmüəllifi olduqları “Böyük Qafqazın cənub yamacında Kiş və Şin çayları hövzəsində sel hadisələrinin formalaşmasında təbii və antropogen faktorların rolu” adlı elmi məqalə Özbəkistanın Buxara şəhərində keçirilən "III Türk Dünyası Coğrafiyaçılarının Beynəlxalq Elmi Konfransı"nın materialları toplusunda nəşr olunub.
Müəllifləri təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıram.








