Şəki REM əməkdaşları Gəncədə keçirilən Respublika Elmi Konfransında iştirak ediblər
May 22, 2026 | 05:00
Şəki REM əməkdaşları Gəncədə keçirilən Respublika Elmi Konfransında iştirak ediblər
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə 22 may 2026-cı il tarixində keçirilən “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda Respublika Elmi Konfransında iştirak ediblər.
Konfransda Şəki REM-in əməkdaşları - Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov, şöbənin əməkdaşı Habil Xəlilov “Şəkinin XVIII əsr məscidləri” adlı müştərək məqalə ilə iştirak ediblər.
Elşən Abdurahmanov məruzə ilə çıxış edərək Şəki şəhərinin zəngin memarlıq irsi, dini abidələrinin tarixi-mədəni əhəmiyyəti və onların Azərbaycan memarlıq ənənələrində tutduğu yer barədə ətraflı məlumat verib.
Məruzədə XVIII əsrdə Şəkidə inşa olunmuş məscidlərin memarlıq xüsusiyyətləri, dekorativ elementləri, şəhərsalma quruluşundakı rolu və milli-mədəni irsin qorunması baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu abidələr Azərbaycanın tarixi memarlıq ənənələrinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm elmi və mədəni dəyərə malikdir.
Sonda konfransda iştirak edən Şəki REM-in əməkdaşları sertifikatlarla təltif olunublar.
Əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.