ADPU-nun Şəki filialının tələbələri Şəki Regional Elmi Mərkəzdə olublar
May 22, 2026 | 02:00
May 22, 2026 | 02:00
ADPU-nun Şəki filialınin Tarix-Coğrafiya fakültəsinin V kurs tələbələri tədris məqsədli tanışlıq üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsində olublar.
Görüş zamanı şöbə müdiri, bio.ü.f.d., dos.Qüdürət Bəkirov tələbələrə tut ipəkqurdunun yetişdirilmə şəraiti və ipək istehsalı prosesində rolu barədə ətraflı məlumat verib. O, həmçinin tələbələrə laborator şəraitdə müxtəlif nümunələrin necə müşahidə edildiyini praktiki şəkildə göstərib, onları laboratoriya şəraitində aparılan tədqiqat nümunələri ilə tanış edib və qonaqları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.
Sonda Qüdürət Bəkirov tələbələrin elmi-təcrübi biliklərinin artırılması baxımından belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.








