Qax rayonunda ekoloji monitorinq və ekoturizm obyektlərinin vəziyyəti araşdırılıb
May 15, 2026 | 03:27
14 may 2026-cı il tarixində AMEA-nın Şəki REM-nin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları - şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, şöbənin elmi işçiləri Aqil Mustafayev, Elvin Rüstəmov və əməkdaş Elvin Qarayev tərəfindən Qax rayonunda növbəti monitorinq işləri həyata keçirilib. Monitorinq rayonun İlisu və Ləkit kəndlərində, eləcə də həmin kəndlərin ətraf ərazilərində aparılıb.
Monitorinqin əsas məqsədi ərazilərdə fəaliyyət göstərən turizm obyektlərinin ətraf mühitə təsirinin, həmçinin ekoloji tarazlığın mövcud vəziyyətinin müəyyən edilməsi olub. Aparılan müşahidələr nəticəsində turizm obyektlərinin fəaliyyəti zamanı ətraf mühitin qorunub saxlanıldığı, ərazilərin məişət tullantıları və digər çirkləndirici amillərdən mühafizə olunduğu müəyyən edilib.
Həmçinin, Kürmükçay ərazisində aparılan monitorinq zamanı çayda suyun səviyyəsinin normal həddə olduğu müşahidə olunub