Millət vəkili Cavanşir Feyziyev Yusif Şükürlünün vəfatı ilə bağlı başsağlığı verib
Apr 28, 2026 | 04:00
Azərbaycan elmi ictimaiyyətinə və Şəki ziyalı mühitinə ağır itki üz verib. Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, Şəkinin dəyərli ziyalısı Yusif Şükürov bu gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Ömrünü elmə, maarifçiliyə və elmi düşüncənin inkişafına həsr edən Yusif Şükürov həm bölgə, həm də ölkə elminə verdiyi töhfələrlə tanınan nüfuzlu alimlərdən biri idi. Onun zəngin elmi irsi və fəaliyyət yolu gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
Yusif müəllimin ailəsinə, yaxınlarına, AMEA kollektivinə və bütün Şəki ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan ona rəhmət diləyirəm.
Ruhu şad, məkanı cənnət olsun.