Şəki Regional Elmi Mərkəzin əməkdaşları Qarabağda keçirilən konfransda iştirak ediblər
Apr 27, 2026 | 10:00
23–25 aprel 2026-cı il tarixlərində Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində onlayn və oflayn formatda “Karabağ-6 Uluslararası Bilimsel Araşdırmalar Konqresi” keçirilib.
Konfransda müxtəlif ölkələrin alim və tədqiqatçıları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər.
Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov "XX əsrin əvvəllərində Şəkidə erməni silahlı birləşmələrinə qarşı Osmanlı dövlətinin yardımları (1917-1918)", elmi işçi Elçin Vəliyev "Müstəqillik illərində Şəki şəhərinin sosial-iqtisadi durumuna dair (1991-1993)", elmi işçi k./t.ü.f.d. Mübariz Paşayev "Azərbaycanın Şimal-Qərb bölgəsində yetişən adi əzgil (mespilus germanica I) meyvəsinin biomüxtəlifliyi" adlı məruzələrlə çıxış ediblər.
Konfransda həmçinin Şəki REM-in digər əməkdaşlarının- Bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin müdiri, bio.ü.f.d. Fərhad Əzizov, elmi işçi Aygün İsmayılova, elmi işçi Songül Məmmədovanın "Biodiversity of in situ conserved tree and shrub species in the gene pool garden of the Sheki Regional Scientific Center of ANAS" adlı müştərək məqaləsi üzrə, Ekoloji biofizika şöbəsinin müdiri, k./t.ü.f.d. İlqar İsmayılov, elmi katib Vəfa Atayeva, elmi işçi Xəyal Vəlibəyov, Vəfa Məmmədli və Elvin Qarayevin "Study of biophysical and biochemical indicators of ecologically clean, unpolluted water sources" adlı müştərək məqaləsi üzrə, eləcə də kitabxana müdiri Günel Musayevanın "Şəkidə mədəni turizmin inkişafında sənətkarlığın rolu", mövzularında onlayn formatda məruzələri dinlənilib.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.