27 Mart Elm Günüdür
Mart 27, 2026 | 03:58
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si ölkədə "Elm Günü" kimi qeyd edilir.
Elm cəmiyyətin inkişafının əsas dayaqlarından biri olmaqla, insanlığın tərəqqisində mühüm rol oynayır. Elmi nailiyyətlər sayəsində həyatın müxtəlif sahələrində əldə olunan irəliləyişlər ölkələrin sosial-iqtisadi inkişafına, innovasiyaların tətbiqinə və rifahın yüksəlməsinə xidmət edir.
27 Mart- bu əlamətdar gün, elmin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəslin elmə marağını artırmaq və elmi fəaliyyətin inkişafına diqqət yetirmək baxımından xüsusi önəm daşıyır.
İnanırıq ki, elmə göstərilən diqqət və dəstək gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradacaqdır.
27 Mart Elm Günü münasibətilə ömrünü elmə sərf edən bütün alimləri, gənc tədqiqatçıları və elmə töhfə verən hər kəsi səmimi-qəlbdən təbrik edir, bütün elm adamlarına yeni-yeni uğurlar arzulayırıq.
Bayramınız mübarək!