Şəki REM-in əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Mart 02, 2026 | 03:00
Mart 02, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev və şöbənin əməkdaşı Elvin Qarayev 20–22 fevral 2026-cı il tarixlərində Türkiyə Respublikasında keçirilmiş XXIV Beynəlxalq İstanbul Konfransında onlayn formatda iştirak ediblər.
Onlar konfransda “İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının dinamikası və struktur təhlili (2018–2023-cü illər) (Balakən rayonu üzrə)” mövzusunda məruzə ilə çıxış ediblər. Təqdim olunan tezis “Konfrans materialları” toplusunda dərc edilib.
Hər iki əməkdaşımızı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.








