AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı APA TV-yə müsahibə verib
Fev 12, 2026 | 03:00
Fev 12, 2026 | 03:00
Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli APA TV-yə müsahibəsində Balakən rayonunun Tülü kəndi ərazisində yerləşən Qafqaz Albaniyası dövrü Alban məbədi olan Tülü məbədi barədə məlumat verib.
Akif Məmmədli müsahibəsində erkən orta əsrlərə aid olan abidənin tarixi-memarlıq baxımından mühüm əhəmiyyətə malik olduğunu və bölgənin qədim tarixinin öyrənilməsi üçün dəyərli mənbə hesab edildiyini bildirib.
O, həmçinin 2017–2021-ci illərdə məbəd ərazisində arxeoloq Natiq Alışovun rəhbərliyi ilə arxeoloji qazıntıların aparıldığını, tədqiqatlar zamanı abidənin konstruktiv xüsusiyyətləri, tikinti materialları, eləcə də dövrün maddi-mədəniyyət nümunələrinin araşdırıldığını qeyd edib.
Alim vurğulayıb ki, hazırda Şəki REM tərəfindən tarixi abidələrin araşdırılması və qorunması istiqamətində davam etdirilən elmi tədqiqatlar Tülü məbədinin də regionun erkən xristianlıq dövrü memarlıq irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.








