Qaxda Şəki REM-in əməkdaşları tərəfindən ekoloji monitorinq işləri aparılıb
Fev 02, 2026 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 30 yanvar 2026-cı il tarixində Qax rayonu Kürmükçay ərazisində ekoloji monitorinq işləri aparılıb.
Monitorinqin nəticələrinə əsasən, qış mövsümü ilə əlaqədar olaraq çayda suyun səviyyəsinin azalması müşahidə edilib, həmçinin çayın ərazisində gətirmə konuslarının həcminin artması qeydə alınıb.