Şəki REM-in əməkdaşları tərəfindən ekoloji monitorinq işləri aparılıb
Yan 12, 2026 | 06:00
Yan 12, 2026 | 06:00
08–09 yanvar 2026-cı il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin çayının yatağında ekoloji monitorinq işləri aparılıb.
Monitorinq çərçivəsində çayın müxtəlif qollarından (Mehdili, Qoruqarası və Əyridərə), bir qaynama bulağından (Qoşabulaq), həmçinin Dostdağ adlı ayrıca dərədən olmaqla, ümumilikdə 5 müxtəlif nöqtədən su nümunələri götürülüb. Götürülən nümunələr Şəki REM-in Ekoloji biofizika şöbəsinin əməkdaşları tərəfindən laboratoriya şəraitində elektrokimyəvi və fiziki-kimyəvi üsullarla analiz edilib.
Analizlər nəticəsində suyun pH göstəricisi, oksidləşmə-reduksiya potensialı (Eh), ümumi mineralizasiya (ümumi konsentrasiya), kimi əsas parametrlər müəyyən olunub.








