AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsi tərəfindən Şin çayı və ətraf ərazilərdə monitorinq işləri aparılıb
Yan 07, 2026 | 02:00
Yan 07, 2026 | 02:00
07 yanvar 2026-ci il tarixində Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən təxminən 7,5–8 km şimal-şərqdə yerləşən Şin çayının Halçalı qolu və Halçalı dərəsi ərazilərində qış mövsümünə uyğun kompleks monitorinq işləri həyata keçirilib. Tədqiqat sahələri dəniz səviyyəsindən təxminən 1579–1630 m yüksəklikdə yerləşən müxtəlif nöqtələri əhatə edib.
Monitorinq zamanı əsas diqqət səthi və xətti eroziya proseslərinin mövcud vəziyyətinin öyrənilməsinə yönəldilib. Bu məqsədlə sahə üzrə müvafiq ölçmə və müşahidə işləri aparılıb. Aparılan tədqiqatlar zamanı Halçalı talasının yaxınlığında yerləşən dağ yamaclarında həm təbii amillərin, həm də antropogen təsirlərin nəticəsində meşə örtüyünün seyrəlməsi faktları qeydə alınıb.
Eyni zamanda Halçalı dərəsinin cənub və şimal yamacları arasında müqayisələr aparılarkən meşə örtüyünün sıxlığı və ümumi vəziyyəti baxımından nəzərəçarpacaq fərqlərin mövcud olduğu müşahidə edilib.
Qeyd edək ki, əldə olunan nəticələr ərazinin fiziki-coğrafi şəraitinin, təbii komponentlər arasında qarşılıqlı əlaqələrin və təbii mühitin məkan üzrə dəyişkənliyinin öyrənilməsi baxımından əhəmiyyətlidir və gələcək tədqiqatlar üçün mühüm baza rolunu oynayı








