Şəki Regional Elmi Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib
Dek 12, 2025 | 12:00
Dek 12, 2025 | 12:00
12 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Tədbirin davamı olaraq Şəki Regional Elmi Mərkəzdə Azərbaycanın müasir dövlətçilik tarixində silinməz iz buraxmış dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Heydər Əliyevin siyasi irsinin Azərbaycan elmi, mədəniyyəti və dövlətçiliyinin inkişafındakı əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin müdrik siyasəti və strateji düşüncəsi ölkəmizi ən mürəkkəb dövrlərdən çıxarmış, Azərbaycanın gələcək inkişaf yolunun möhkəm təməllərini yaratmışdır.
Mərkəzin alimləri öz çıxışlarında Heydər Əliyevin elmə və təhsilə göstərdiyi qayğını xüsusi vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin intellektual potensialın inkişafına verdiyi önəm bu gün də öz bəhrəsini verməkdədir və onun elm siyasəti müasir dövrdə də aktual olaraq qalır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında böyük siyasətçi, müdrik dövlət xadimi və dövlətçiliyin simvolu kimi daim yaşayacağı onun irsinin gələcək nəsillər üçün nümunə olaraq qalacağı və Azərbaycanın inkişaf strategiyasına yön verəcəyi vurğulanıb.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.








