Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib
Dek 10, 2025 | 01:00
Dek 10, 2025 | 01:00
10 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində "Heydər Əliyev elmin keşiyində" mövzusunda tədbir keçirib.
Əvvəkcə Ümummilli Lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, birinci və ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi, həmin dövrlərdə Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafına verdiyi mühüm töhfələr haqqında ətraflı məlumat verib. O, Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi islahatların, milli dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş addımların və müasir Azərbaycanın formalaşmasındakı tarixi rolunun xüsusi olaraq qeyd olunduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin siyasi yolunun bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirildiyini bildirib. Çıxışında 2020-ci ildə qazanılmış Zəfərin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi strateji xəttin, ölkənin hərbi, siyasi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində atdığı addımların dayandığını qeyd edib.
Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova çıxışında Ümummilli Lider Heydər Əliyevin elmə və mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. O, Ulu Öndərin Azərbaycanda elmi potensialın gücləndirilməsi, mədəni irsin qorunması və ədəbi mühitin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələri xatırladıb, bu siyasətin bu gün də davam etdirildiyini diqqətə çatdırıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.








