27 oktyabr AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlünün doğum günüdür
Okt 27, 2025 | 04:29
Fizika üzrə fəlsəfə doktoru, dosent Şükürlü Yusif Hacıbala oğlu AMEA Rəyasət Heyətinin qərarı ilə 2014-cü ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsində çalışır. O, 9 şəhadətnamənin və 5 patentin, 95 elmi məqalənin, xaricdə çıxmış 16, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olnan 11 elmi əsərin, 2 monoqrafiya və 2 bədii kitabın müəllifidir.
Hörmətli direktorumuz Yusif müəllimi AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi adından səmimi qəlbdən təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.