Şəki Regional Elmi Mərkəzdə 27 Sentyabr Anım Günü qeyd edilib
Sen 26, 2025 | 02:00
26 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad olunub.
Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü II Qarabağ müharibəsində Azərbaycan xalqının şanlı zəfərinin dünya tarixinə yazıldığını qeyd edib. O, xalqın əzmi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildiyini vurğulayıb.
Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov Azərbaycan tarixinin indiyə qədər bir sıra tarixi hadisələrlə yadda qaldığını deyib, 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın canı, qanı bahasına əldə olunmuş zəfər, lokal xarakterli hərbi əməliyyatlar və antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimi tarixi hadisələrin mahiyyətini şərh edib. O, bu gün hər yerdə fəxrlə bəhs etdiyimiz zəfər tariximizin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb və bütün bunların Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeridilən siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb.
Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarını geri qaytarması ilə həm də qürurunu özünə qaytardığını nəzərə çatdırıb. O, II Qarabağ müharibəsində dünya azərbaycanlılarının bir amal uğrunda birləşməsini yüksək qiymətləndirib, Azərbaycan xalqının böyüklüyünü dünyaya sübut etdiyini deyib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə təkcə ön cəbhədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin deyil, arxa cəbhədə çalışan mülki insanlarımızın yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək mübarizəyə qoşunduğundan danışıb.
Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsinin rəhbəri, bio.ü.f.d. Fərhad Əzizov Azərbaycanın bütövlüyü uğrunda haqq savaşında əldə edilmiş zəfərin şəhidlərimizin qanı bahasına qazanıldığını heç vaxt unutmayacağımızı söyləyib.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Vətən müharibəsinin xalqımızın qürür mənbəyi olduğunu dilə gətirib. Qeyd edib ki, tarixi zəfər əldə edildikdən sonra işğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq, bərpa işləri aparılır, xalqımızın sosial rifahının yaxşılaşdırılması, Azərbaycan Respublikasının çiçəklənməsi istiqamətində yeni "ağıllı kənd", "ağıllı şəhər" layihələri tətbiq edilir. Yusif Rəhimov Azərbaycan xalqının bundan sonra artıq sülh və əmin-amanlıq şəraitində yaşayacağından əminliyini ifadə edib.
Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli II Qarabağ müharibəsini millətin özünə qayıdışı adlandırıb və "dövlət və xalq"ın birgə mübarizəsinin qələbəsi olduğunu deyib. O, Azərbaycan ordusu tərəfindən heç bir mülki obyektə və vətəndaşa atəş açılmayan Vətən müharibəsinin dünyaya "humanist müharibə" şüarını nümayiş etdirdiyini diqqəttə çatdırıb.
Qafqaz Ağabalayev Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu söyləyib və şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sonda 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş etdirilib.