
Şəki Regional Elmi Mərkəzin əməkdaşları Türkiyədə konfransda iştirak ediblər
Sen 29, 2025 | 11:08
Sen 29, 2025 | 11:08
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin əməkdaşları-şöbə müdiri, t.ü.f.d. Rahim Həsənov və elmi işçi Elçin Vəliyev 24-27 sentyabr 2025-ci il tarixində Türkiyə Cümhuriyyətinin Karabük şəhərində yerləşən Karabük Universitetinin və Atatürk Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "29. Ortaçağ ve türk dönemi kazıları ve sanat tarihi araşdırmaları sempozyumu"nda iştirak ediblər.
Rahim Həsənovun məruzə etdiyi "Şəkinin XVIII-XIX əsrlər şəhər tarixi" mövzusunda müştərək məqalə iştirakçılar tərəfindən maraqla qarşılanıb, məqalə müəllifləri mövzu ətrafında ünvanlanan sualları cavablandırıblar.
Sonda Şəki Regional Elmi Mərkəzin nəşri olan kitablar Karabük Universitetinin kitabxanasına hədiyyə olunub.