AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı təlimdə ekspert qismində iştirak edib
İyl 22, 2025 | 01:00
Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı ilə 21 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən "Tənqidi oxu"-analitik təfəkkürün inkişafına dair təşəbbüslər qrant layihəsinin seminar proqramında ekspert qismində iştirak edib.
Reyhan Mənəfova təlim prosesini yaxından izləyərək keyfiyyət və effektivlik baxımından prosesi qiymətləndirib, müəllimlərin fəallığını, mövzulara marağını və öyrənməyə olan motivasiyasını yüksək dəyərləndirib .