AMEA Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsinin müdiri Şəki Regional Elmi Mərkəzdə olub
İyn 19, 2025 | 04:14
"Azərbaycan Respublikasının "Mülki Müdafiə haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik" qanunlarına, AMEA-nın 2025-ci il üçün mülki müdafiə tədbirlər planına uyğun olaraq, AMEA-nın regional elmi bölmə və mərkəzlərində mülki müdafiə və hərbi tərxis işinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət etmək və metodiki köməklik göstərilməsi məqsədi ilə AMEA Rəyasət Heyəti Aparatının Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyev 19 iyun 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində olub.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Nizami Vəliyevi Mərkəzdə mülki müdafiə ilə bağlı görülən işlər, tədris otağı ilə tanış edib. Nizami Vəliyev görülən işlərin qənaətbəxş olduğunu vurğulayıb, bunula yanaşı, mülki müdafiə işinin və tədris otağının daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
Həmçinin, Nizami Vəliyev tərəfindən Şəki REM-in İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanovaya "səfərbərlik hazırlığı və səfərbərliklə bağlı işlər barəsində metodiki köməklik göstərilib.
Nizami Vəliyev daha sonra Mərkəzin əməkdaşları ilə görüşüb, Şəki Regional Elmi Mərkəzin mülki müdafiə sahəsində nümunəvi fəaliyyətini alqışlayıb, mülki müdafiə ilə bağlı məsləhətlər verib, əməkdaşların suallarını cavablandırıb, təkliflərini dinləyib.
Sonda Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov mülki müdafiə işinin həyata keçirilməsində yüksək peşəkarlığa və fədakar fəaliyyətinə görə AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif edilib.