Şəki REM-in əməkdaşlarının SCOPUS indeksli məqaləsi dərc edilib
May 08, 2025 | 04:00
May 08, 2025 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları- Elmi katib Vəfa Atayeva, bio.ü.f.d. Fərhad Əzizov və bio.ü.f.d., dos. Zərbalı Xəlilovun Nurməmməd Mustafayev və Hilal İmanlı ilə "Physiologically active compounds in the fruits of Smilax excelsa L" adlı həmmüəllif məqaləsi İnternational Journal of Secondary Metabolite SCOPUS indeksli dərgisində çap olunub.
Məqalədə Mərəvcə bitkisinin meyvələrindən alınmış bioekstraktlarda fizioloji aktiv maddələrin müəyyən edilməsi və antioksidantlığının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar və onların nəticələri öz əksini tapıb.








