
29 aprel 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində növbəti Elmi şura iclası keçirilib
Apr 29, 2025 | 03:00
Apr 29, 2025 | 03:00
İclasda 14 nəfər Elmi şura üzvü, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in baş direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ "Dosent Yusif Şükürlünün elmlər doktorluğu dissertasiya işinin müvafiq Elmi şuraya təqdim edilməsi haqqında" direktor dissertasiya işinin avtoreferatını təqdim edib. Avtoreferatın tərtibi AR yanında Ali Attestasiya Komissiyasının Avtoreferatların tərtibi qaydalarına uyğunluğu qeyd edilib.
Gündəlikdəki ikinci məsələ "2025-ci ilin aprel ayında AMEA-nın Rəyasət Heyətindən Şəki REM-ə daxil olmuş qərar və sərəncamların müzakirəsi" barədə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov məlumat verib. Qeyd edib ki, aprel ayında daxil olan sərəncam və qərarlarla bağlı iki tədbir- Elm gününün qeyd olunması ilə əlaqədar elmi-praktiki konfrans, "Üzeyir Hacıbəylinin musiqi dünyası" mövzusunda elmi-praktik konfrans icra edilib, növbəti aylarda digər tədbirlər də icra ediləcəkdir.
Daha sonra cari məsələlər müzakirə edilib. İlk məsələ "Şəki REM-də 2025-ci ildə nəşri nəzərdə tutulan kitablar haqqında" Kitabxana müdiri Günel Musayeva məlumat verib.
Növbəti məsələ "Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfransın təşkil vəziyyəti haqqında" məlumatları Elmi katib Vəfa Atayeva diqqətə çatdırıb.
Üçüncü məsələ "Elmi-tədqiqat şöbələrinin rəhbərlərinin müsabiqə yolu ilə yenidən seçilməsi" haqqında məlumatları İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova nəzərə çatdırıb.