Şəki Regional Elmi Mərkəz Memorandum imzalayıb
May 01, 2025 | 12:07

30 aprel 2025-ci il tarixində Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutunun alimləri-Elm, innovasiyalar və təhsilin inkişafı şöbəsinin müdiri Atakulov Toxtamurod Umaroviç, Kənd Təsərrüfatı Biznes və İnnovasiyalar üzrə Milli Mərkəzin direktoru Otajonov Şuxrat İqaumimjonoviç, Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsi Aqrotexnologiyası Elmi-Tədqiqat İnstitutunun direktoru Namazov Şadman Erqaseviç, Akademik M.Miqzaueç adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Esankulov Alijon Sayidoviç, Tərəvəzçilik Bostan Bitkiləri və Kartofçuluq Elmi-Tədqiqat İnstitutunun direktoru Nizamov Rüstəm Axroloviç, İpəkçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Vəliyev Seyfəddin Tojiddinoviç elmi əməkdaşlıq üzrə danışıqların aparılması məqsədilə Şəki Regional Elmi Mərkəzin baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü ilə görüşüblər.

Görüşdə Azərbaycanda və Özbəkistanda ipəkçiliyin mövcud vəziyyəti, baramaçılıq və tutçuluq sahələrində aparılan elmi- tədqiqatlar və onların istehsalata tətbiqi haqqında, eləcə də tut ipəkçiliyi, baramaçılıq və barama emalı sahələri üzrə elmi əməkdaşlığa dair müzakirələr aparılıb. Həmçinin 2025-2029-cu illər üçün elmi əməkdaşlığın əsas aspektləri müzakirə edilib, Şəki Regional Elmi Mərkəzi ilə Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İpəkçilik Elmi-Tədqiqat İnstitutu arasında ipəkçilik sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sonda qonaqlara Şəki REM-in nəşri olan kitablar və qonaqlar tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra qonaqlar Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin fəaliyyəti ilə tanış olublar, baramaçılıq təsərrüfatlarına, barama emalı müəssisələrinə, mövcud və yeni yaradılmış tut plantasiyalarına səfər ediblər.