Şəki REM-in əməkdaşları tərəfindən növbəti monitorinq işləri aparılıb
Apr 16, 2025 | 02:00
16 aprel 2025-ci il tarixində AMEA-nın Şəki REM-nin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları-şöbə rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayev, elmi işçisi Aqil Mustafayev və Elvin Qarayev tərəfindən Kiş və Şin çayları üzərində monitorinq işləri aparılıb.
Qafqaz Ağabalayevin verdiyi məlumata görə, intensiv yağan yağışlar zamanı Kiş və Şin çaylarında sel hadisəsi qeydə alınmasa da, suyun artdığı, çay yatağında gətirmə materiallarının hündürlük səviyyəsində fərqin yarandığı müşahidə olunur.