Şəki Regional Elmi Mərkəzdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib
Mart 07, 2025 | 04:00
07 mart 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü öz adından və Şəki REM-in kollektivi adından qadın əməkdaşları təbrik edib, fəallığı ilə seçilən qadın əməkdaşların əmək fəaliyyətini yüksək qiymətləndirib. O, Mərkəzdə çalışan qadınların Azərbaycan cəmiyyətində tutduğu fəal ictimai mövqeyindən, Şəki REM-in fəaliyyətində qadın əməkdaşların imkan daşıyıcılıq funksiyalarını şərəflə icra etmələrindən qürur hissi ilə söz açıb, onlara elmi fəaliyyətlərində uğurlar diləyib.
Şəki REM-in əməkdaşı Yusif Rəhimov Mərkəzin qadın əməkdaşlarının timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara ən xoş arzularını ünvanlayıb.
Mərkəzin Elmi katibi Vəfa Atayeva Şəki REM-in qadın əməkdaşları adından rəhbərliyə və Həmkarlar Təşkilatına göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Şəki REM-in Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev qadınları təbrik edib, onlara elmi fəaliyyətlərində və şəxsi həyatlarında uğur və xoşbəxtlik diləyib.
Tədbirin sonunda Şəki REM-in qadın əməkdaşlarına Həmkarlar Təşkilatının hədiyyələri təqdim olunub.