Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova "İlin gənc alimi" nominasiyası üzrə qalib olub
Yan 30, 2025 | 11:00
2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, əsasnamə üzrə elmi və ictimai fəaliyyətdə fərqlənən 29 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə “İlin gənc alimi” diplomu və pul mükafatı, 35 yaşadək fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmiş gənc alimlərə, həmçinin elmi fəaliyyəti ilə fərqlənən, ictimai işlərdə fəallıq göstərən müdafiə etməmiş gənc mütəxəssislərə isə “İlin gənc alimi” diplomu verilir.
Müsabiqənin nəticələrinə əsasən, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Ayşən Salmanova AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib olub.