AMEA-nın Şəki REM-nin əməkdaşı “Azərbaycanın Tolerantlıq Mədəniyyəti” mövzusunda tədbirdə çıxış edib
Yan 14, 2025 | 04:00
14 yanvar 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli Zaqatala Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti və Asan Xidmətin Balakən-Qəbələ Regional İdarəsi tərəfindən təşkil edilən “Azərbaycanın Tolerantlıq Mədəniyyəti” mövzusunda tədbirdə geniş məruzə ilə çıxış edib.
Məruzəçi zəngin tarixi köklərə, multikultural dəyərlərə, tolerant ənənəyə malik olan şimal-qərb bölgəsinin tarixi, burada birlik və qardaşlıq şəraitində yaşayan xalqların milli-mənəvi dəyərləri haqqında danışıb. O, Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşlarının şimal-qərb bölgəsinin tarixinin tədqiq edilməsində ciddi səylə fəaliyyət göstərdiklərini də qeyd edib.
Tədbir müzakirələr ətrafında davam edib.