AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib
Dek 18, 2024 | 03:00
Dek 18, 2024 | 03:00
Şəki REM-in kollektivi 12 dekabr 2024-cü il tarixində Ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət ediblər. Sonra Şəki REM-in akt zalında ümummilli liderin anım günü qeyd edilib.
Əvvəlcə, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi yad edilib.
Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü müasir dünya tarixinə parlaq və silinməz izlər qoymuş dahi şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolunun yüksək əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olduğunu qeyd edib.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu söyləyib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğurun ulu öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsi olduğunu vurğulayıb.
Sonda, Ulu öndər Heydər Əliyevin xatirəsini əks etdirən videoçarx nümayiş etdirilib.








