
Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib
Noy 27, 2024 | 01:00
Noy 27, 2024 | 01:00
27 noyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib.
İclasda 16 nəfər Elmi Şura üzvü, elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos.Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələ ilə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki məsələ AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il 20/3 saylı qərarının icrası ilə bağlı Şəki REM-in 8 elmi-tədqiqat şöbəsinin rəhbərlərinin –Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəylinin, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənovun, Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayevin, Bitkilərin biokimyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Zərbalı Xəlilovun, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirovanın, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayevanın, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri Qüdürət Bəkirovun, Bitkilərin biomüxtəlifliyi və Genofondu şöbəsinin baş aqronomu İlqar Seyidovun illik iş planları üzrə hesabatları dinlənilib.
Hesabatlar qənaətbəxş hesab edilib.
Sonda, Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli “Elm sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və anadan olmasının 70 illik yubileyi münasibətilə” Fəxri Fərmanla təltif edilib.