Şəki Regional Elmi Mərkəzin əməkdaşlarına patentə görə Şəhadətnamə təqdim edilib
Noy 18, 2024 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-Vəfa Atayeva, bio.ü.f.d. Fərhad Əzizov, fiz.ü.f.d., dos. Yusif Şükürlüyə "Təbii əsaslı biokompozitin alınması" istiqamətində patentə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Şəhadətnamə təqdim edilib.
Müəlliflərin qeyd etdiyi kimi, ixtira məlum texnoloji üsullarla, iqtisadi baxımdan səmərəli, ekologiyaya və bitkilərə zərər vermədən, vegetasiya dövrünü başa vurmuş tünd qırmızı payız yarpaqlarından antosianinlərlə zəngin bioekstarktın əldə oluması və ipək fibroinin məhlulu ilə modifikasiyasından prototiplərində və analoqlarında qeyd olunan xassələrdən fərqli və üstün keyfiyyətə malik çoxfunksiyalı və yüksək bioaktivliyə malik təbii əsaslı biokompozitin əldə etdilməsinə aiddir.
İpək fibroinin materiallarının xüsusiyyətlərini özündə saxlamaqla əlavə antioksidant, antifunqal, antikanserogen, antibakterial, dəri patologiyaları əleyhinə, anti-inflamator, qurd əleyhinə kimi bioaktiv xassələri özündə cəmləşdirən ekoloji təmiz biokompozit biotibbi məmulatların materialının əldə olunması və tətbiq sahələrini əhatə edir.
Prosesin sonundakı tullantılar sərbəst şəkildə təbiətə atıla bilir.
Müəlliflərə elmi fəaliyyətlərində uğur arzulayırıq.