AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
Okt 29, 2024 | 01:00
Okt 29, 2024 | 01:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bununla bağlı respublikanın hər yerində olduğu kimi, Şəkidə də silsilə tədbirlər davam edir.
AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/1 nömrəli qərarının icrası ilə bağlı Şəki REM-nin Tədbirlər planına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə-Zərifə Əliyeva prospektində Şəki REM-in əməkdaşları tərəfindən ağacəkmə aksiyası həyata keçirilib.
Sözügedən ərazidə regionun torpaq-iqlim şəraitinə uyğun olan 60 ədəd sərv və katalba tingləri əkilib.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdən ibarət olub.