AMEA-nın Şəki REM-də növbəti Elmi Şura iclası keçirilib
Okt 23, 2024 | 05:03
23 oktyabr 2024-cü il tarixində Şəki REM-də növbəti Elmi Şura iclası keçirilib.
İclasda 17 nəfər Elmi Şura üzvü və elmi işçilər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra gündəlikdəki ilk məsələ-2024-cü ildə nəşr edilməsi nəzərdə tutulan kitablar haqqında geniş məlumat verib. Bildirib ki, Şəki REM-də 2024-cü il üçün nəzərdə tutulan 5 kitab artıq çapa hazırdır və tezliklə nəşr ediləcəkdir.
Direktor, həmçinin 11 sentyabr tarixində "Yeni müsavat"da dərc edilən "Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?" başlıqlı yazıya akademik İsa Həbibbəylinin "Akademiya öz işləri ilə məşğuldur" sərlövhəli cavab məktubunu səsləndirib. Elmi şura üzvləri akademik İsa Həbibbəylinin əhatəli cavab məktubunu təqdirəlayiq hesab ediblər.
Gündəlikdəki ikinci məsələyə-"AMEA və TUBİTAK-ın birgə təşkil etdiyi müsabiqədə Şəki REM-in iştirakına dair" Elmi katib Vəfa Atayeva məlumat verib. O, Şəki REM-in əməkdaşlarını müsabiqə şərtləri ilə tanış edib və müsabiqədə iştirak etmək istəyənlərə layihələrin tədqim edilməsi üçün son tarixi açıqlayıb.
Üçüncü məsələyə-"AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/1, 1/2, 1/3 nömrəli qərarlarında nəzərdə tutulan tədbirlər planının icrasına dair" məlumatları Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d., dos. Kamil Adışirinov, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov, Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov 2024-cü il üçün tədbirlər planında icrası nəzərdə tutulan tədbirlərin-"Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi" ilə bağlı 2, "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı 7, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı 2, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 1 tədbirin reallaşdırıldığı, ilin sonunadək daha bir neçə tədbirin həyata keçiriləcəyini diqqətə çatdırıblar.
Dördüncü məsələ-şöbələr üzrə illik hesabatların dinlənilməsi qrafiki 18-22 noyabr 2024-cü il tarixlərinə təyin edilib və təsdiqlənib.
Cari məsələlər haqqında Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova məlumat veriblər.