AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Müstəqilliyin Bərpası Günü" qeyd edilib
Okt 18, 2024 | 03:00
Okt 18, 2024 | 03:00
18 oktyabr 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzdə "Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Şəki REM-in əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü
müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən işlərin Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsi olduğunu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqli və məqsədyönlü şəkildə davam etdirildiyini qeyd edib.
Sonra Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov çıxış edərək Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etməsindən, öz suverən dövlətini yaratmaq imkanından, nəhayət, xalqımızın həsrətlə gözlədiyi müstəqilliyə qovuşmasından, müstəqilliyimizin əbədi və sarsılmaz olacağına inam bəslədiyindən danışıb.
Daha sonra Elmi katib Vəfa Atayeva, Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Azərbaycanın yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrildiyini, həmçinin xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirdiyini vurğulayıblar.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib.








