AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının SCOPUS indeksli məqaləsi dərc edilib
Sen 26, 2024 | 09:50

Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov, Bitkilərin biokimyası şöbəsinin rəhbəri, bio.ü.f.d. Zərbalı Xəlilov, Elmi katib Vəfa Atayevanın “Fındığın yaşıl örtük və bərk qabığından alınmış bioekstarktların antioksidant aktivlikləri” adlı həmmüəllif məqaləsi Türkiyənin “Journal of the Turkish Chemical Society Section A: Chemistry” SCOPUS indeksli dərgisində nəşr olunub.

Məqalədə Azərbaycanın şimal-qərbində yetişdirilən fındığın yaşıl örtük və bərk qabıqlarından 70% etanol və deionlaşdırılmış sudan istifadə edilməklə alınmış ekstraktlar üzərində aparılan antioksidant aktivlik analizinin nəticələri təqdim olunur.

Əməkdaşlarımızı təbrik edir, elmi fəaliyyətlərində uğurlar arzulayırıq.